25Aug

Velosiped və sağlamlıq

Velosiped sürməyin insan orqanizminə böyük faydası vardır. Velosiped yürüşü zamanı ayaq əzələləri möhkəmlənir, onların dözümlülüyü artır, ürək-damar və tənəffüs sistemlərinin fəaliyyəti yaxşılaşır. Təmiz havada üzünmüddətli velosiped səfərləri zamanı biz ağ ciyərlərimizi tam gücü ilə işləməyə məcbur edirik. Bu zaman baş beyinə və digər həyati əhəmiyyətli orqanlara gedən qan oksigenlə zənginləşir. Velosiped idmanı ilə məşğul olmaq siqaret aludəçiləri üçün xüsusilə faydalıdır. Belə ki, ağ ciyərlər güclü aerasiya (hava ilə dölma) zamanı zəhərli tüstü ilə qəbul edilmiş toksik maddələrdən azad olur. Velosiped yürüşü – immunitetin artırılması üçün çox yaxşı bir vasitədir.

"/

Velosiped sürmək varikoz genişlənməsindən əziyyət çəkən insanlar üçün də çox xeyirlidir. Ayaqların dairəvi hərəkəti zamanı venalardakı qan daha sürətlə dövr etməyə başlayır və damarlarda tıxanma halları azalır. Velosiped idmanı vegetativ-damar distoniyasının profilaktikası baxımından da əla vasitədir. Velosiped sürərkən vestibülyar sistem işləyir. Kiçik çanaq nahiyəsinin  qan dövranı yaxşılaşır ki, bu da adenoma xəsləyinin profilaktikası baxımından kişilər üçün son dərəcə əhəmiyyətlidir. Velosiped, həmçinin artıq çəkidən azad olmaq istəyənlər üçün də faydalıdır. Velosiped yürüşü zamanı bədəndə böyük həcmdə yağların əriməsi, xüsusilə bud nahiyəsində piy qatının azalması müşahidə olunur. Bunun üçün velosiped gəzintisi müntəzəm olmalı və müddət etibarilə qırx beş dəqiqədən az olmamaldır. Bundan başqa, velosiped gözlərimiz üçün də faydalıdır. Biz yürüş zamanı uzaqda yerləşən predmetlərə baxarkən göz əzələlərimizi məşq etdiririk ki, bu da öz növbəsində yaxıngörmənin yaranması risqini azaldır. Velosiped sürərkən böyük enerji alırıq. Bu bizə gümrahlıq bəxş edir, insanın əhval-ruhiyyəsi, ümumi emosional vəziyyəti yaxşılaşır. Eyni zamanda, sinir sistemi möhkəmlənir, gündəlik qayğılar, həyacan arxa plana keçir, insan stressdən azad olur.

"/

Lakin, bütün bünlarla yanaşi, velosiped idmanının sağlamlığımıza zərər yetirməməsi, yalnız fayda gətirməsi üçün bəzi qaydalara riayət etmək lazımdır. 

Belə ki, yeməkdən sonra intensiv surətdə velosiped sürmək məqsədəuyğun deyildir. Bəzən tez-tez velosiped yürüşünə çıxan zaman, dizlərin uzunmüddətli yüklənməsi həmin nahiyələrdə ağrı ilə müşayiət oluna bilər. Bu cür problemlərin ciddi fəsadlar törətməməsi üçün vaxtaşırı dincəlmək və oynaqları izafi yüklənmədən qorumaq lazımdır. Həmçinin, nəzərə alın ki, diz oynaqlarına düşən yükü velosipedin oturacağını və sükanı düzgün nizamlamaqla azaltmaq mümkündür.

Yürüşə çıxmazdan əvvəl evdə bir neçə dəfə oturub qalxmaq lazımdır ki, oynaqlar isinsin. Velosiped sürərkən orqanizmin susuzlaşmaması üçün kifayət qədər maye qəbul etmək vacibdir. Çünki susuzlaşma öz növbəsində, oynaqlar üçün zərərlidir. Orqanizmin duz balansının bərpa olunması üçün isə qazsız, ancaq mineral suyun içilməsi daha məqsədəuyğundur.

Mənbə: http://www.velokat.ru/health.html
Müəllif: Svetkov S.A.
Tərcümə etdi: Absaladdin Aliyev
Fotoqraf: Elchin Guliyev