24Sep

Velo tour | Şəki > Qax > İlisu

Salam əziz oxucular – velomanlar, yarıvelomanlar və ya tamam veloman olmayanlar :) İstərdim bu bayram günlərində Cyclemania qrupunun həyata keçirdiyi maraqlı yürüş barədə “hesabat”ını sizə təqdim edim.

Biz mütəmadi olaraq Bakı və Azərbaycanın rayonları ətrafında müxtəlif velo turlar planlaşdırıb həyata keçiririk. Bu dəfə biz təyin olunmuş yerə avtomobillərlə getdik, sonra velosipedə oturub Şəki şəhərindən 200-220km məsafəni qət etməyi məqsəd qoyduq.

Beləliklə, birinci gün. 24 sentyabr. Şəki. Bizim birinci məqsədimiz – Qax rayonunda yerləşən səfalı yer sayılan İlisuya baş çəkməkdir. Biz nahar etdik, yığışdıq və başladıq sürməyə. Marşrutun uzunluğu 105km, hündürlük 1460m təşkil edir.

Qaxa gedərkən yolda əhval-ruhiyyəmiz çox yüksək idi! Bir neçə uzun yoxuşlar mütəmadi olaraq bizi real həyata qayıtmağa məcbur edirdi, həyat şirin görünməyə bilərdi :) Bu cür yoxuşlar insanı daxilən taqətdən salır, daha çox özünə inam yaradır və çətinliyə varmağa məcbur edir. Məhz ağrıdan sonra nəinki idmanda, həmçinin bütün həyatınız boyunca yaxşı nəticələrə gətirib çıxarda bilər – bu faktdır!

Qaxa giriş. Burda bizi sürpriz gözləyirdi. Balaca… Ümumilikdə 15kmlik bitməyən yoxuş… Bu mübarizə idi! Hər bir kəs öz özü ilə mübarizə aparırdı. Kimisi rahat tempdə, keçiricidə sürürdü... Kimisi ürək döyüntüsünə nəzarət etməklə nəfəsini kontrolda saxlayırdı, amma hamısı pedal fırladırdı, ayaqlarını hiss etməsələr də belə! Dostlar, biz bunu etdik! Biz sona kimi qalxdıq və buna dəyərdi! Möhtəşəm panorama, çox dadlı bulaq suyu, təmiz hava və biz, Cyclemania qrupu hansı ki növbəti dəfə öz məqsədinə çatdı!

Düşünürəm eniş barədə yazmağa dəyməz. Biz qət etmiş yoxuşdan məmnun qalaraq, 15kmlik həmin məsafəni yüksək sürətlə uçurduq. Bütün Qax camaatı bizə baxaraq Hellooo-Hellooo qışqırırdılar. 

"

"/

"/

Qaxdan çıxdıq, Şəkiyə kimi 20 kmlik yoxuşdan qalxdıq, yolüstü kafedə çay içdik, dincəldik və yolun davamını müzakirə etdik. Bizi daha bir yoxuş gözləyirdi. Məsafəsinə görə İlisu yoxuşundan qısa idi, amma mürəkkəbliyinə görə geri qalmırdı – çox çətin idi. Biz gücümüzü yığdıq və yürüşə davam etdik. Yavaş-yavaş hava qaralırdı. Yaşadığımız hiss və həyəcanı bir daha qeyd etməyim, amma onu deyim ki, biz bu hissi bir daha yaşamış olduq. Cəmi bir dəqiqəlik dayandıq və həmən davam etdik və biz bunu bacardıq :)

"/

"/

Birinci günün nəticəsi. Bizim yürüşümüzün (məsafə 25-30km) 60% yalnız yoxuşdan ibarət idi.

İkinci gün. 25 sentyabr. Biz marşrutu seçdik və yürüşə başladıq. Qərara aldıq böyük bir çevrə edək, Qaxa kimi sürək, ordan Qaraqan-Kaxi istiqamətində sola dönək, daha sonra Yevlax-Zaqatala-Gürcüstan yoluna düşək və nəhayət Şəkiyə geri dönək. Bu marşrutun uzunluğu 1000m-lik yoxuşu nəzərə almaqla cəmi 113 km-ə yaxındır. Bu marşrut bizi taqətdən saldı. Bu ümumi yürüşün ikinci günü idi və sonsuz davam edən uzun yoldan ibarət idi. Nəhayət biz Şəki istiqamətində yerləşən 12km-lik yoxuşun başlanğıcında dayandıq. Bu an mən Aqşin İsmayılovdan soruşdum, “Aqşin, məncə yol düzdür, amma 23km.s sürətindən tez sürmək mümkün deyil, bu nədir?” o isə cavab verir “biz yuxarı qalxırıq, bu yoxuşdur, arxaya bax”. Mən arxaya baxdım və başa düşdüm ki, o, haqlıdır, önə baxaraq bunu hiss etmirsən. Bu çoxlarımız üçün güclü sınaq idi, hətta müəyyən mənada dünənkindən də güclü. Neçə dəfə dayanmaq istəyində olmuşuq! Bəzən hətta bir bəhanə tapmaqla bunu etmək istəmişik, amma hamı öz yürüşünü qənaətbəxş bitirdi. Hal-hazırda biz Karvansaray otelinin qabağındayıq, paltarımızı dəyişib nahara hazırlaşırıq. Bizi yorğun vəziyyətdə olan, lakin yüksək əhvalda olan velomanların əhatəsində kabab keyfi gözləyirdi. Süfrədə öz təəsüratlarımızı bölüşürdük, gülürdük, zarafat edirdik və həyatdan zövq alırdıq. Bu iki gün bizə bol enerji bəxş etdi, baxmayaraq ki biz bunu sərf edirdik! Balans hiss olunurdu!

"/

"/

"/

"/

Dostlar, sürün! Sağlam olun! Çətinliyə varın – bu Sizi yalnız möhkəm edəcək, həm fiziki, həm də psixoloji!

Uğurlar…

Yürüş iştirakçılarıАгшын ИсмаиловАзер МамедовАлександр ПархомовскийВугар СафаровФарид ХиджибабабеевЭмиль АгаевРасим ЗульфигаровМаджид Алиев