03Oct

Qıcolmağa qarşı altı lazımlı məsləhət

Qıcolma - əzələlərin qeyri-ixtiyari yığılması, yalnız idmanla məşğul olan adamlarda deyil, damarlarında varikoz genişlənmə olan, maddələr mübadiləsi pozulan və bəzi onurğa xəstəlikləri olan  adamlarda  da olur. Bir qayda olaraq, idmançılarda qıcolma əzələlər gərildikdə baş verir. Qıcolma orqanizmdə xeyirli maddələr və vitaminlər, kalium, maqnezium və kalsium kimi vacib mikroelementlər və B, E, D, A qrupu vitaminlərinin çatışmazlığından ortaya çıxır. Əgər qıcolmadan əziyyət çəkirsinizsə, əzələləri möhkəmləndirəcək və qıcolma zamanı əzələlərin ağrılı yığılmasının qarşısını almağa kömək edəcək məsləhətlərə əməl edin.

1. Mikroelementlər və vitaminlər qəbul edin

Orqanizm üçün kifayət miqdarda üç mikroelement - kalium, maqnezium və kalsium qəbul etmək çox vacibdir.

Məsləhət: Orqanizminizin kifayət qədər kalsium qəbul etməsi üçün gündə üç və ya dörd dəfə süddən hazırlanan turşumuş məhsullar və ya digər kalsium tərkibli məhsullar, tərəvəz, qızıl balıq filesi və ya portağal şirəsi qəbul etməyiniz zəruridir. Orqanizmdə kaliumu artırmaq üçün avokado və ya kartof, pomidor, yemiş, banan, ağ lobya qəbul etmək lazımdır. Yoqurt orqanizmi eyni zamanda həm kalsium, həm də kaliumla təmin edir. Nəhayət, maqnezium –paxlalı qidalarda, qoz, fındıqda, dəniz məhsullarında, dənli bitkilərdə və şokoladda olur.

2. Daha çox maye qəbul edin

İdmançılarda qıcolmanın səbəbi bədəndə suyun azalmasıdır. İdmanla məşğul olan zaman tər ifraz olunur, buna görə də orqanizmin su ehtiyyatlarını daimi olaraq artırmaq lazımdır. Maye əzələlərin işini asanlaşdırmaq üçün zəruridir. O, əzələ liflərinin yığılmasının və zəifləməsinin qarşısını alır. Əgər qıcolma idmanla məşğul olan zaman və ya idmandan dərhal sonra baş verirsə, həkimlə məsləhətləşmək lazımdır. Qıcolma ateroskleroz göstəricisi ola bilər. Bu, əzələlərə kifayət qədər oksigen çatmadıqda baş verir.
Məsləhət: Gün ərzində 8 stəkandan az olmayaraq təmiz su qəbul edin. Məşq zamanı hər 20 dəqiqədə 90 -150 ml təmiz su için.

3. Kofein qadağan edilir

Bu artıq təzə xəbər deyil ki, kofein orqanizmdə dopamin hormonunun artması səbəbi ilə “yorğun ayaqlar sindromu” oyadır. Buna görə də israrla kofein qəbul etməməyi məsləhət görürük. Belə ki, o, əzələləri çox ehtiyac duyduğu maye almaq imkanından məhrum edir. Bundan əlavə, kofein damarları daraldır, qan axınını azaldır, həmçinin orqanizmdə maqnezium sorulmasını məhdudlaşdırır.

4. Maqnezium

Yuxarıda onun zəruriliyi haqqında yazmışıq, indi isə maqnezium mikroelementinin əlavə olaraq həb, toz və digər şəkillərdə qəbulundan danışırıq.
Məsləhət: maqnezium  qəbul etməzdən qabaq həkiminizlə məsləhətləşin! Orqanizmin maqnezium çatışmazlığının qarşısını almaq üçün gün ərzində yemək zamanı 100-140 mq maqnezium qəbul etmək kifayətdir

5. Kinə

Kinə həkiminiz tərəfindən orqanizmə ağrılı qıcolmaları uzaqlaşdırmağa kömək etmək üçün yazıla bilər. Unutmamalısınız ki, həkimlər hələ də mübahisə edir və kinənin xeyirli olması haqqında bir fikrə gələ bilmirlər. Yadda saxlayın ki, çox miqdarda kinə başgicəllənmə və qanla problem yaradır. Tonusu qaldıran, sodalı içkilərin (qazlı içkilər) tərkibində az miqdarda kinə var və orqanizmə ziyan deyil və ağrılı qıcolmanın qarşısını almağa kömək edər.

Məsləhət: Yuxudan öncə bir və ya iki stəkan qazlı su gecə qıcolmalarının qarşısını almağa kömək edər.

6. Qlukoza-elektrolitli içkilər

Bir çox idmançılar ağır fiziki yüklənmə zamanı qlukoza-elektrolitli içkilər qəbul edir. Məsələn: "Isostar", "SiS", "Powerbar", "Gatorade" və s. kimi. Unutmayın ki, qlukoza-elektrolitli içkilərin tərkibində karbohidrat var. Qlukoza-elektrolitli içkilər orqanizmdə qlukoza-elektrolit disbalansa görə ortaya çıxan qıcolmanın qarşısını alır.

Yuxarda qeyd edilən kimi, maqnezium ağır fiziki yüklənmədən sonra əzələlər rahatlamadıqda kömək edir.

Copyright ©VeloLIVE.com