24Nov

Velosipedlə dik yoxuşları necə qalxmalı

Velosipedlə yamaclara qalxmaq çətin ki, çox adamı həvəsləndirsin. Əgər dağlıq ərazidə yaşayırsınızsa dik yamaclara görə gəzintidən zövq almaqdan niyə də imtina edək? Dik yoxuşlara qalxmaq üçün velosipeddə düzgün vəziyyətdə oturmaq, davamlılıq və sürəti dəyişmək üzrə bir neçə məsləhətə nəzər yetirək. Məsləhətlərimizi oxuyun, velosipedə oturun və yaxşı məşq etmək üçün dik yoxuşlar axtarışına çıxın!

Addımlar

1. Psixoloji hazırlıq. Əgər siz velosipedlə dağa getmisinizsə, o zaman bunun nə qədər çətin olduğunu və fiziki gərginlik tələb etdiyini bilirsiniz. Əgər siz yoxuşa çatıb, velosipeddən enib yoxuşa piyada qalxırsınızsa, onda əvvəlcə qalxmağa psixoloji olaraq hazırlaşmaq lazımdır!

  • Bunu qəbul edin ki, dağa getmək daha çox güc tələb edir. Psixoloji müqaviməti dayandırdıqda sizin əzələlərinizi işlətməyə və yoxuşa qalxmağı asanlaşdıran optimal individual həllər axtarmağa daha çox vaxtınız qalacaq. 
  • Dağlara qalxmaq əla fikirdir. Bunun öhdəsindən gəlməyi bacaracaqsınız və özünüzə sübut edəcəksiniz ki, bu, əziyyət yox, zövq verir! 
  • Tez qalxmağa çalışmayın. Bu real deyil, siz başlamamış yorularsınız.
  • Təpələr olan yerlərdə velosiped sürmək orqanizminiz üçün olduqca xeyirlidir. Dağlarda gəzinti fiziki formanızı yaxşılaşdıracaq, bədənə oksigeni daha rasional şəkildə istifadə etməyi öyrədəcək. Həmçinin velosipedlə yoxuşu qalxan zaman müxtəlif əzələlər işləyir, axı pedala təsir etmək üçün bədən hərəkət edir. Yoxuşda bədən gərilir, enişdə güc bərpa olunur.

2. Yoxuşun əvvəlində oturacaqda oturun. Mərkəzə yaxın, yuxardan sükanı tutaraq bədəninizi arxada saxlayın. Düzgün nəfəs almaq üçün əlləriniz 5-8 sm mərkəzdən aralı qalmalıdır. Döş qəfəsi açıq, çiyinlər arxaya verilmiş olduqda nəfəs almaq daha asan olur.

3. Oturacaqda əyilmiş şəkildə oturun. Bədən aşağı, dirsəklər enmiş olmalıdır ki, döş qəfəsi açıq qalsın və bədənin yuxarı hissəsi rahat olsun.

4. Oturacaqdan qalxın, təpənin zirvəsinə yaxınlaşın. Bu etapda pedala ikiqat enerji ilə təsir etmək üçün bütün bədəndən istifadə etmək vacibdir. Ayaq üstə velosiped sürdükdə oturaraq velosiped sürməkdən daha çox enerji sərf edilir. Buna görə də çox özünüzü yormadan dik təpənin son hissəsinə qədər davam edin. Əllər tormoz tutacaqlarında olmalıdır. Bədəninizi ritmik tərpədin. Kürək düz olmalıdır, döş qəfəsi isə düzgün nəfəs almaq üçün açıq olmalıdır.

5. Yoxuşda sürət dəyişməyi öyrənin. Velosipeddə sürət onu dəyişmək üçündür. Düzgün istifadə zamanı o, şübhəsiz ki, kömək olacaq. Sürəti düzgün dəyişməyi öyrənmək vacibdir, axı temp və verilən güc dəyişir.

  • Buna görə də məyus olmayın və məşq etməyə davam edin. Sürəti yoxuşa çatanda və ya biləvasitə hər eniş küncündən qabaq dəyişin. Sürəti dəyişən zaman tempi saxlamaq üçün pedalları fırlatmağa davam edin. Məqsəd odur ki, sərf olunan güc dəyişməsin.
  • Dağa qalxdıqda aşağı sürətlə hərəkət etmək lazımdır (enişdə isə əksinə)

6. Məşq etməyə davam edin. İlk bir neçə cəhd çətin olacaq, ən əsası məyus olmamaq və inadla davam etməkdir. Yalnız təcrübə dağlara velosipedlə çıxmağa və vaxtında bütün bədənlə pedala təsir edərək az güc tətbiq edib, maksimum nəticə əldə etməyə kömək edə bilər. Alçaq təpələrdən başlayın və tədricən yoxuşun dikliyini artırın.

7. Yoxuşa aşağı sürətlə çıxın. Özünüzdən əmin olduqdan sonra gücə qənaət edərək  dik yoxuşlara dırmanmağa başlayın. Belə olduqda yoxuşun böyük hissəsində ayaq üstə yox, oturaraq aşağı ötürməylə hərəkət edə bilərsiniz: 

  • Nəfəs alma müntəzəm və dərin olmalıdır.
  • Yoxuşa tədricən və tələsmədən qalxın. Bu yarış deyil, qüvvəyə qənaət cəhdidir.
  • Pedalları kifayət qədər sürətli fırlatmağa kömək edəcək aşağı ötürməni seçin.
  • Düz oturun və sükanın kənar tutacaqlarından yapışın. Unutmayın ki, açıq döş qəfəsi düzgün tənəffüsün təminatıdır.
  • Yoxuş çətinləşdikdə, ötürməni isə azaltmaq mümkün olmadıqda tormozun tutacaqlarından yapışın. Olardan tutaraq ayağınıza daha çox güc verin. 
  • Əgər lazım gələrsə, bir müddət ayaq üstə getmək olar. Bu etapda sərf edilən gücə qənaət etmək üçün intuisiya ilə hiss etməlisiniz ki, sizə oturaraq, yoxsa ayaq üstə getmək rahatdır.
  • Təkərin hər dövriyyəsindən maksimum mənfəət əldə etmək üçün ritmik yoxuşda diqqətli olun. Uzun məsafələr və yoxuşlar üçün məqsədəuyğun olan effektli yürüşə öyrəşmək üçün zaman lazımdır. Əmin olun ki, ayaq üstə velosiped sürmək sizi daha çox yorur, nəinki tələsmədən qalxdığınız yoxuş.

8. Döngələrdə xarici radius üzrə daha uzun yolu seçin. Bu məntiqsiz görünə bilər, lakin belə halda tempinizi itirməyəcəksiniz.

9. Yoxuşun zirvəsində istirahət edin. Əgər siz yeni başlayanlardansınızsa xüsusi gərgin yoxuşlarda zirvədə qısa istirahət yerinə düşər.

10. Enişdəehtiyyatlı olun. Yolda qarşınıza çıxan maneələrə diqqət edin: maşınlar, piyadalar, heyvanlar və əşyalar. Sürətlə enməyin –sürəti azaltmaq üçün tormozdan istifadə edin və düz oturun ki, bədən “aerodinamik tormoz”la xüsusiyyət təşkil etsin.

  • Kəsişmə sahəsinə eniş zamanı (dağ velosipedləri üçün cığır) oturacaqdan qalxmaq və velosipedə bütün maneələri öz üzərinə götürməyə icazə vermək hər şeydən yaxşı olar. Eniş nə qədər sərt olsa, o qədər ağırlığınızı arxaya verməli və irəli baxmalısınız.

Məsləhətlər

  • Dik yoxuşlara dırmanmağı öyrənmək üçün təcrübə tələb olunur. Uğursuz cəhdlər qaçılmazdır, lakin ruhdan düşməyin. Təcrübə öz sözünü deyəcək və siz zəruri bacarıqlar qazanacaqsınız.
  • Həmişə irəli baxın ki, hansı istiqamətə gedəcəyinizi biləsiniz. Boylanmaq istəsəniz də, özünüzü saxlayın. Harasa dəyə və ya yıxıla bilərsiniz. 
  • Velosiped yarışlarında iştirak edirsinizsə və ya özünüzü fiziki cəhətdən yormaq istəyirsinizsə yoxuşa qalxmaq texnikasını öyrəndikdən sonra dağ sprintlərinə keçmək olar.
  • Yoxuşa qalxan zaman bədəninizi irəli verin.
  • Yol olmayan yoxuşlara dırmanmaq başqa yanaşma tələb edir. Cığırlarda və digər qeyri-bərabər səthlərdə hərəkət edən zaman velosipeddən yıxılmaq riski var. Buna görə də, belə yol seçdikdə olduqca ehtiyyatlı olun. Ötürücülüyü məqalədə yazılana uyğun edin, lakin ağırlığı arxa təkərlərə salın ki, qeyri-bərabər səthlərdə daha etibarlı hərəkət edəsiniz. Əgər xüsusi dik sahədə oturacaqdan qalxmaq tələb olunursa onda ağırlığınızı arxaya salın və oturacaq üzərindən çox hündürə qalxmayın (oturacaq üzərindən əyilmiş vəziyyətdə dayanın). Sükandan yapışaraq onu yuxarı yox, geri çəkin.

Xəbərdarlıq

  • Həddən artıq dik yamaclara dırmanmayın; imkanlarınızı düzgün qiymətləndirin və təhlükəsizliyin hər şeydən vacib olduğunu unutmayın. Təpə yerindədir və sizin həmişə daha bir şansınız var. 

 

Copyright © http://ru.wikihow.com/