03Mar

Bizim “veloman”ın hadisəsi ilə bağlı daha ətraflı məqalə

Heç kəsə sirr deyil ki, dünyanın əksər ölkələrində velosiped sürmək artıq idman növü olmaqla bərabər vətəndaşları həyat tərzinə çevrilmişdir. Təbii ki, bunun səbəbi velosiped sürməyin sağlamlığa xeyirli olması, meqapolislərdə tıxacların azalması,  ətraf mühitə heç bir ziyanı olmaması vəs kimi çox sayda töhvələr verir. Respubikamızda da bu nəqiyyat vasitəsinin poplyarlığı sürətlə artması və bu sahədə Prezidentimizin xüsusi diqqəti nəticəsində bir çox vətəndaşlarımız da inkişaf etmiş ölkələrdə olduğu kimi gündəlik nəqliyyat vasitəsi kimi istifadə etməkdədir. Təbii ki, yollarda xoşagəlməz hadisələrin baş verməməsi üçün yol hərəkəti iştirakçılarınn hər biri qanun çərçivəsində məsuliyyət daşıyır və bu sahədə DYP əməkdaşlarının rolu danılmazdır. Velosiped həvəskarlarından olan vətəndaş Rəhmanov Ceyhunun velosiped sürən zaman bu yaxınlarda qarşılaşdığı yol nəqliyyat hadisəsinin Nəsimi Rayon polis idarəsinin bəzi əməkdaşlarının hadisəyə qanuna uyğun olmayan yanaşması və araşdırması həmin vətəndaşın kütləvi informasiya vasitələrinə müraciət etməyə məcbur etmişdir.

Belə ki, 1979-cu il təvəllüdlü vətəndaş Rəhmanov Ceyhun 16.09.2015-ci i tarixdə 19:20 radələrində “20 Yanvar” dairəsindən R. Cəfərov küçəsi ilə üzü “3-cü mikrorayon bazarı” istiqamətində yolun sağ tərəfi ilə velosipedlə hərəkət edərkən yolun kənarında dayanmış avtobusun qarşısından qəflətən yolu qaçıb keçmək istəyən 4 piyada çıxmış velosipedçi piyadalara dəyməmək üçün əyləclərdən istifadə edib 2 piyadaya dəyməməyə nail olsa da 3-cü piyada, Lənkəran rayon sakini Qədirov Nazimlə toqquşmuşdur. Nəticədə hər iki vətəndaş velosipedlə bərabər yıxılmış və həriki şəxs orta dərəcəli travma almışdır. Velosiped isə yararsız hala düşmüşdür. Velosipedçi Rəhmanov Ceyhun kaska və müvafiq qoruyucu geyimdən istifadə etməsinə baxmayaraq əl, qol və ayaq nahiyələrindən orta dərəcəli travma almış və hər iki şəxsdə yüngül beyin silkələnməsi olmuşdur. Lakin Rəhmanov Ceyhun kaskada olduğundan hüşunu itirməmişdir. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları piyada Qədirov Nazimi təcili yardım avtomobilində xəstəxanaya aparmış, ancaq Rəhmanov Ceyhuna yerində heç bir ilkin tibbi yardım göstərilməmişdir.

"</span

Hadisə yerinə 40-50 dəqiqədən sonra gələn Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşı Anar Zeynalov polis şöbəsinə gətirmiş və həmin polis əməkdaşı Rəhmanov Ceyhunun günahkar olmasını etiraf etməsi üçün təzyiq etmişdir. Lakin Rəhmanov Ceyhun heç bir yol hərəkət qanunu pozmadığını və iddihamları rədd etmişdir. Daha sonra Nəsimi Rayon Pİ-nin müstəntiqi Tağızadə Elxan  işi aparmışdır, Rəhmanov Ceyhunun istintaq materialları ilə  tanış olmaq cəhdlərini rədd edərək, Rəhmanov Ceyhunu təqsirkar olmasını “müəyyənləşdirmişdir” və işi məhkəməyə vermişdir . 

 
Hadisənin yolun hərəkət hissəsində baş verdiyini nəzərə alaraq bunun yol nəqliyyat hadisəsi olması heç bir şübhə doğurmur. Yol Hərəkəti Qanuna nəzər yetirək: 

Maddә 38. Velosipedçinin vәzifәlәri

Mühәrriksiz velosipedi idarә edәn şәxs xüsusi velosiped zolaqları ilә, bunlar olmadıqda isә yolun, küçәnin hәrәkәt hissәsinin kәnarı vә ya yol çiyinlәri ilә hәrәkәt etmәli vә bunun üçün:

1) texniki cәhәtdәn saz vә lazımınca tәchiz olunmuş velosipeddәn istifadә etmәlidir;


Maddә 46. Velosipedlәrin, mopedlәrin hәrәkәtlәrinә dair tәlәblәr

I. Velosipedlәr vә mopedlәr yalnız yolun sağ kәnar zolağında, yol nişanları vә ya yol nişanlanmasının tәlәblәrinә riayәt etmәklә, mümkün qәdәr sağ tәrәfdә bir cәrgә ilә hәrәkәt etmәlidirlәr.

 II. II. Velosiped vә moped sürücülәrinә:

1) sükanı tutmadan vә ya tәhlükәsizlik dәbilqәlәrindәn istifadә qaydalarını pozmaqla hәrәkәt etmәk;


Piyadalarla bağlı hissəyə gəldikdə -
I. Piyada:

1) sәki ilә, piyada zolağı ilә, yol çiyinlәri ilә, bunlar olmadıqda isә velosipedçilәrin hәrәkәtini çәtinlәşdirmәmәk şәrti ilә velosiped yolu ilә hәrәkәt etmәli vә ya ayırıcı zolağı olan yollarda hәrәkәt hissәsinin xarici kәnarı ilә getmәlidir (iri әşyalar daşıyan vә ya aparan piyadaların, habelә mühәrriksiz әlil arabalarında gedәn şәxslәrin sәki vә ya yol çiyini ilә hәrәkәti başqa piyadalar üçün maneә yaratdıqda, onlar yolun hәrәkәt hissәsinin kәnarı ilә gedә bilәrlәr);

2) dәmiryolunu, avtomobil yolunun hәrәkәt hissәsini, küçәlәri piyada keçidlәri ilә, o cümlәdәn yeraltı vә yerüstü keçidlәrlә, bunlar olmadıqda isә yolayrıclarında sәki xәtti vә ya yol çiyni xәtlәri boyunca keçmәlidir;

8) dayanmış nәqliyyat vasitәsinin vә ya görmә sahәsini mәhdudlaşdıran başqa maneәnin arxasından yolun hәrәkәt hissәsinә çıxmazdan әvvәl yaxınlaşan nәqliyyat vasitәsinin olmadığını yәqin etmәlidir;
II. Piyada, nizamlanmayan piyada keçidlәrindә yolun hәrәkәt hissәsinә yalnız yaxınlaşmaqda olan nәqliyyat vasitәlәrinәdәk mәsafәni, onların sürәtini qiymәtlәndirdikdәn vә yolu keçmәyin onlar üçün tәhlükәsiz olacağını yәqin etdikdәn sonra çıxa bilәr. 

Yuxarıdakı maddələrdən göründüyü kimi velosipedçi Rəhmanov Ceyhun Yol Hərəkəti Haqqında Qanunun heç bir maddəsini pozmadığı halda piyada Qədirov Nazim piyda kimi qanun pozaraq hadisəyə səbəb olmuşdur və bütün məsuliyyəti ilə qannun qarşısında təqsirkar tərəf olmalıdır.

Müstəntiq bütün bu tələbləri nəzərə almalı və işi qanun çərçivəsində aparmalı idi. Bundan əlavə hadisə yerinə gələn YPX əməkdaşı hadisə şahidlərini cəlb etməli, hadisənin baş vermə sxemini yerində tərtib etməli və 2 şahid tərəfindən imzalatdırmalı idi (nə yerində sxem tərtib olunub, nə də şahidlər təsdiq edib). Əlavə olaraq hadisə şahidlərinin ilkin izahatını almalı, hadisə yerinin fotoşəkillərini çəkməli olsalar da bununla bağlı qeyd edilənlərin heç birini icra etməyiblər.
Hadisə yerinə yaxın videomüşahidə kameralarının çəkilişlərini göstərməkdən və işə əlavə etməkdən imtina etmişlər.
20-ci Polis şöbəsinin əməkdaşı Anar Zeynalov vəzifə öhdəliklərini icra etməyərək hadisə yerində hadisə iştirakçılarına, o cümlədən zədə almış Rəhmanov Ceyhuna heç bir tibbi yardım göstərməyərək vətəndaşın baş ağrılarından şikayətini, əl və ayaq hissələrinin qan axmış vəziyyətdə polis şöbəsinə aparmış və 4 saata polis şöbəsində saxlamışdır. Affekt halında olan velosipedçiyə psixoloji təzyiq göstərməklə vətəndaşın “təqsirkar” olmasını etiraf etdirmək səyi polis əməkdaşının işi “yerində həll etmək” səyini açıq-aşkar təsdiq edir.  Rəhmanov C. Hadisədən 5 saat sonra xəstəxanaya getmiş və onun orta dərəcəli travma alması müəyyən edilmişdir
İstintaq aparan müstəntiq Elxan Tağızdə 4 ay ərində  Rəhmanov Ceyhunu 5 dəfə sorğu-suala çağırmış və hər dəfə də “təqsirkar” olduğunu etiraf etmək üçün psixoloji təzyiqlər etmişdir. Hadisə sırf olaraq YNH olmasını nəzərə alaraq Cinayət Məcəlləsinin 267.1 maddəsiylə cinayət işi açılmasına baxmayaraq daha sonra müstəntiq bu maddə üzrə işi bağlayaraq CM-nin 131.2 (131.2. Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma— beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.) maddəsi ilə iş açmışdır. Təbii ki, bu yanaşma müstəntiqin heç bir qanuni əsası olmadan adi “məişət” müstəvisində həll etmək marağı ilə bağlı olmuşdur. Bu prosesdə müstəntiqin bu cür “işi aparması” isə hadisənin əsl səbəbkarı olar piyada Qədirov Nazimin öz məsuliyyətindən yaxasını qurtarıb üstəlik də Rəhmanov Ceyhundan 2700 AZN təzminat istəməsi heç bir qanuna və insanlığıa sığmır.  

Hal-hazırda iş məhkəmədir və vətəndaş Rəhmanov Ceyhun işin tam olaraq qanun çərçivəsində araşdırılmasını və Bakı Şəhər Polis İdarəsinin bu işi ciddi nəzarətə almasını və obyektiv araşdırmasını tələb edir.

https://www.facebook.com/siperhoo/posts/617950651685364