20Sep

Cyclemania

Salam, əziz velosiped həvəskarları və səhifəmizi izləyənlər.

CycleMania, adından da məlum olduğu kimi, velosiped sürməyə olan sevgidən yaranıb.

CycleMania velosipedlə əlaqəsi olmayan bu və ya digər dəstək aksiyası üçün vasitə deyil. Biz -özümüz aksiyayıq, lakin xeyriyyə qrupu deyilik. Bizim könüllülərimiz yoxdur, bizi dəstəkləmək lazımdır. Azərbaycan vətəndaşlarının sağlam həyat tərzinin tərəfdarıyıq və dəstək görərsək çox sevinərik. "Əvəz əvəz" oyunu oynayaraq stereotip düşüncənin bir hissəsi olmaq istəmirik. Daha çox velosiped sürmək, səfalı ölkəmizin bütün bölgələrini velosipedlə gəzmək, həmçinin imkan daxilində ölkə sərhədlərindən kənara çıxmaq istəyirik. Biz artıq çox iş görmüşük, çox yerlərə yürüş etmişik və hər dəfə daha çox sürmək istəyirik!

Bizə qoşulun! Birlikdə sürək!

"/