28Dec

Bike Ride 25.12.2016 - Official video

Əziz velohəvəskarlar haminizi salamlayıram!

İlk növbədə Santa Ride 2016 layihəsinin təşkilatçılarına və sponsorlarına təşəkkürümüzü bildirmək istərdik!
Böyük minnətdarlığım - yürüşün təşkilindəki fəal iştiraka, ikincisi isə həyata keçirilmiş böyük işə görə Ağa və Fidan Bəşirovlara! Pozitivlik, “Yaşıl Kafe”-nin təşkili və layihədə fəal iştiraka görə Sərxan və Günaya! Foto dəstəyinə və keyfiyyətli şəkillərə, KİV-nin dəvət olunmasına görə Elçin Quliyev və Elbəy Mustafayevə! Texniki və mənəvi dəstəyə görə Azər Məmmədova! Duet və ifa etdikləri musiqi ilə əhval-ruhiyyəmizi 100% yüksəltdiklərinə görə Emil Əliyev və Fikrət Məhərrəmovadır!

Dərin təşəkkürlər Firdovsi Kərimov, Fərid Hacıbababəyov, Sərxan Əliyev, Məcid Əliyev, Aleksandr Parxomovskiyə, Ruslan Gadgiev və yürüşün təhlükəsiz təşkilinə laqeyd qalmayan hər kəsədir!
Xüsusi təşəkkürlər –ləzzətli dessertə, 20% endirimə görə Emin Alidinə (#2təkər velodükanı )! Snikerslərə qonaq etdiyi üçün Samir Əliyevə (#Snickers)! #RedBull enerji içkisi üçün əməkdaşları gənc xanımlara ! Rahatlıq, qonaqpərvərlik və 20% endirim üçün #Green Kafeyə öz təşəkkürümü bildirirəm.
Hər bir fəal iştirakçıya və ilk dəfə bizim hər il təşkil olunan Santa Ride yürüşünə qoşulanlara dərin təşəkkür edirəm, sizlərə afərin! Biz - bizi görən və şəkillərdə, videolarda görəcək hər kəsə böyük pozitivlik hədiyyə etdik.

Qarşıdan gələn Yeni İlinizi təbrik edirəm dostlar! Sağlam olun və bizimlə velosiped sürün!

HD - https://youtu.be/4Jydr1gDut0