22Mar

Velo mövsümün açılışı!

Sayklmaniya Bakı şəhərinin bütün velosipedçilərini və bütün velo cəmiyyətlərini salamlayır!

Biz birgə eventlə rəsmi şəkildə velo mövsümü açmaq və hər kəsi burada daha yaxından tanış olmaq məqsədilə iştirak etməyə dəvət etmək qərarına gəlmişik. Kim üçünsə mövsüm il boyu bağlanmayıb, kim üçünsə ilk mövsüm olacaq. Gəlin birləşərək unudulmaz yürüş edək, axı bizi pedal fırlatmaq istəyi birləşdirir!

Yürüş haqqında məlumat:

“Mövsümün açılışı” yürüşündə iştirak – 5 manat. (marşruta qədər su, marşrutdan sonra içkilər + yemək). Kafeyə qayıtdıqda bizi içkilərdən və məzələrdən ibarət furşet gözləyəcək.

Yürüşün qaydaları:

Bütün iştirakçılar mütləq olaraq kaska taxmalı, həmçinin yürüşün qaydalarına əməl etməlidir. Biz yarışmaq və sürmək bacarığımızı nümayiş etdirmək üçün yürüş etmirik. Biz təhlükəli vəziyyətlər yaratmadan şəxsi təhlükəsizliyimizin və yaxınlıqdakı sürücünün təhlükəsizliyinin qeydinə qalmalıyıq. Velosipedin növünün fərqi yoxdur, ən əsası Siz marşrutu keçməyi bacarmalısınız.

Bayıl parkında yerləşən “Qəbələ çay evi”ndə görüşəcəyik, daha ətraflı xəritədə - https://goo.gl/maps/TYh6ShUR3Ro


Marşrut: ümumi məsafə 50 km, daha ətraflı xəritədə - https://www.strava.com/routes/7967413


Qəqiq şəkildə yazılmanızı xahiş edirik, belə ki, içki və yemək üçün dəqiq say lazımdır!

Hörmətlə, Sayklmaniya