Haqqımızda

“Biz - 25 iyun 2013-cü ildə facebook sosial şəbəkəsində Emil Agaev tərəfindən yaradılmış Cyclemania velohəvəskarlar qrupuyuq. Bizi velosiped ilə həm şəhəriçi, həm də şəhər kənarı yürüşlər birləşdirir. Biz düşünürük ki, velosiped insan həyatında ən yaxşı ixtiradır, həmçinin sağlamlığa da çox vacibdir. Biz çox istərdik ki, şəhər icra hakimiyyətləri tərəfindən bizim təhlükəsizliyimiz üçün ən sadə qaydalara uyğun şərait yaradılsın, veloyollar çəkilsin, velosaxlanma yerləri açılsın. Biz demək olar ki hər gün ilin istənilən fəslində sürürük, fərqi yoxdur səhər, gündüz, axşam, hətta gecə sürürük. Bizim çoxumuz velosipedi gündəlik nəqliyyat vasitəsi kimi də sürürük. Müxtəli velosipedlər sürürük, MTB, Road, Fixed gear və s. Sağlam həyat tərzinə üstünlük veririk və çalışırıq ki veloyürüşlərimizin təşkilatçılığına və təhlükəsizliyinə məsuliyyətlə yanaşaq. 

Biz həmişə velocəmiyyətimizin yeni üzvlərinə şadıq! Bizim qrupun veloyürüşləri hamı üçün əyləncəli və maraqlı keçir, fərqi yoxdur yeni üzv, profesional, qız və ya oğlan, tələbə və ya biznesmen. Fikir verdinizsə, “BİZ” sözünü tez-tez qeyd etdik – ona görə ki biz çoxuq, biz yekdilik və hər günü gündən bizim sıralarımız artır.

BALAKƏN

"/

LAGODEXİ, Gürcüstan

"/

TELAVİ, Gürcüstan

"

ISMAYILLI

QAX

ILISU

"

XIZI

QUBA

NABRAN

SEKI

QUSAR

Gürcüstan, Tbilisi