İŞTİRAKÇILAR

Komandada sürmək istəyən hər bir kəs veloyürüşün iştirakçısı ola bilər. Biz – sosial qrupuq və bizim sıralarımızın artmasına yalnız sevinə bilərik. Biz tez-tez müxtəlif istiqamət və məsafələr üçün veloyürüşlər təşkil edirik. Onları facebookda bizim səhifəmizdə izləyə bilərsiniz. Hər yürüşdən sonra yüksək pozitivlik, sevinc alırıq və həmçinin yürüşün foto və videolarını bölüşürük. Qrupumuzun tez-tez görüşdüyümüz məkan Bulvarda yerləşən Kukla teatrının yanında yerləşir. Nə qədər biz birlikdə çox sürürük, bir o qədər də Cyclemania qrupumuzun həmrəyliyimizi artır. Bizi bir maraq birləşdirir – pedalı fırlatmaq və məsafəni qət etmək. Bizi dostluq, idman, sağlamlıq və hər veloyürüşdən sonra unudulmaz əhvalımız birləşdirir!


Cyclemania-nın qrup velo yürüşlərindən iştirak üçün dəbilqənin geyinilməsi mütləqdir!Axşam yürüşləri zamanı stop və ön işıqların istifadəsi vacibdir! Qrup yürüşlərində qrupun administratoru yürüşdən qabaq təlim keçirir. Təlim qaydaları xüsusilə təhlükəsizliyiniz üçün, həm də keyfiyyətli yürüş üçün vacibdir. Biz velohəvəskarlardan ibarət qrupuq və istərdik Sizin təhlükəsiyinizi və rahatlığınızı təmin edək, həmçinin istərdik ki bu intizam qaydaları bizim ümumi inkişafımıza xidmət göstərsin. Sizdən çox xahiş edirik ki, yürüş zamanı bu minimal qaydalara əməl edəsiniz! Qrupun administratoru şərhlərin, şəkilləri və yaradılmış tədbirləri filtrasiya etmək hüququna malikdir.

"/

"/

"/

"

"/

"/

"/

"/

"/

"/

"/

"

"/

"

"/