VELO MAQAZİN

Bizim velomarketdə Siz Cyclemania loqotipi ilə müxtəlif aksessuarlar və atributlar əldə edə bilərsiniz, məsələn köynəklər, bizim xüsusi veloformamız, papaq, kofe və ya çay üçün fincanlar və müxtəlif məhsullar. Bütün bunlar bizim qrupumuzu, velosipedə olan həvəsimizi xatırladacaqdır! Bu həmçinin qrupun veloyürüşlərinə həvəsləndirəcək, həmçinin təhlükəsizliyimizi artıracaq. Biz inanırıq ki, Siz veloyürüşlərimizdən, həmçinin atributların dizayn və keyfiyyətindən böyük zövq alacaqsınız. Biz istəyirik ki, sosial qrup olaraq daim inkişaf edək və Azərbaycanda velomədəniyyəti artıraq. İnanırıq ki, Siz bizi dəstəkləyəcəksiniz, axı Sizin velosipedlə sağlam və gözəl həyat tərzinə marağınız olmadan bunu etmək çox çətindir! Biz həmçinin bizim qrupun müəllif dizaynı ilə hazırlanmış eksklyuziv xüsusi veloformanı Sizin diqqətinizə çatdırmaq istərdik. 

CycleMania qış üçün velosiped forması

"

"/

"

"

"

Kalas studio-dan çox keyfiyyətli forma. Bu geyim peşəkar velosiped sürücüləri üçün nəzərdə tutulub. Buna görə də biz Pro versiya keyfiyyətini seçirik, belə ki, geyim uzun ömürlüdür. Zöhrə Əliyeva tərəfindən hazırlanmış dizayn bizim dəstixəttimizi vurğulayır.

Sifariş vermək

Geyim fabrikə pul köçürüldükdən 4 həftə ərzində hazırlanır və bir həftə ərzində çatdırılır. Fabrik bir dəst üçün sifariş qəbul etmir. Minimum 5 dəst sifariş vermək lazımdır. Arzu edənlər sifariş verə bilər. Formalar sizin verdiyiniz ölçüyə görə tikilir.

Veloformanın dəyəri, çatdırılma daxil olmaqla 190 avro təşkil edir. Cyclemania veloformasının dəstinə daxildir: Cersi, şalvar

Idman formasının parametrləri - CYCLEMANIA Personal winter clothing