VELOSİPEDİN NÖVLƏRİ

Müasir velosipedlər müxtəlif məqsədlər üçün istifadə olunur. Uşaq velosipedləri, şosse, turistik, müxtəlif idman velosipedləri mövcuddur. Alıcıların tələbatını ödəmək üçün velosiped istehsalçıları müxtəlif növ velosipedlər istehsal edirlər. İstehsal olunan əsas velosiped növləri ilə tanış olaq.
Uşaq velosipedi
Uşaq velosipedlərini digərləri səhv salmaq çətindir. Uşaq velosipedləri balaca diametri kənar təkərləri ilə təmin olunur. Sürətlərin sayı 1-18 arası dəyişir. Uşaq velosipedlərinin böyüklüyü uşağın yaşına və təkərlərin diametrinə görə dəyişir. İstehsalçılar tərəfindən istifadə olunan əsas ölçülər bunlardır: 12”, 14”, 16”, 18”, 20” və 24” dyum.


Dağ velosipedi
Ən çox yayılmış velosiped növüdür. Digər velosiped növlərindən fərqli olaraq daha möhkəm raması ilə fərqlənir və qatlanan raması ilə istehsal olunmur, əlbəttə kustar üsulu ilə istehsal olunmuş çin velosipedlərindən başqa. Bu növ velosipedlərdə təkərlərin diametri standart razmerdə, yəni 26” dyum olur. Dağ velosipedlərin ən üstün cəhəti onun universallığıdır, məhz buna görə də çox istifadə olunur. Dağ velosipedləri ön amortizator ilə, bəzi hallarda isə arxa amortizatorla təchiz olunur, yolsuzluq şəraitində komfort sürməyə imkan yaradır. Daha bahalı modellərdə yola uyğun olaraq velosipedin vilkasının sərtliyini dəyişmək mümkündür, ikiqat möhkəm təkər diskləri yolsuzluq şəraitində sürərkən əyilməyə imkan vermir. Dağ velosipedləri müxtəlif tipli avadanlıqla, hətta 27 sürətlə təchiz olunmuşdur ki, bu da həm ekonom klasda olan velosipedçilərə, həm də profesional velosipedçilərə böyük seçim imkanı yaradır. Yuxarıda qeyd olunan bütün xüsusiyyətlər dağ velosipedinin həm meşədə və ya şossedə, həm də yarışlarda və ya sərt yürüşlərdə istifadə etmək mümkündür.


Hibrid
Ümumiyyətlə hibrid velosipedləri bir neçə xüsusiyyəti çıxmaq şərtilə dağ velosipedlərindən çox fərqlənmir. Əsasən 28” dyum qalın təkərlərinə görə fərqlənir. Hibridlərin raması dağ velosipedlərin ramasına çox bənzəyir. Onların raması dağ velosipedlərinin ramasına nisbətən daha nazik və yüngüldür, bu da sürəti yüksəldir. Bundan başqa hibrid velosipedlər dağ velosipedləri kimi ön amartozatorla təhciz oluna bilər. Daha bahalı modellərdə vilkanın sərtliyini artırma imkanından başqa, blok qoymaq imkanı da vardır. Bu xüsusiyyət düz yolda sürərkən daha çox gücün itməsinin qarşısını almaq üçün lazım olur. Hibrid velosipedləri tənzimlənin stem ilə, oturacaqaltının amortizatoru ilə, sükanda “buynuzlar” ilə təchiz oluna bilər ki, bu da yüksək sürətdə optimallığı artırır. Hibrid velosipedlərinin avadanlıqları dağ velosipedlərindən böyük fərqi yoxdur, həmçinin 27 sürətli avadanlıqla təmin oluna bilər. Sözsüz ki bu növ velosipedlər düz torpaq yollarda və ya asfalt yollarda istifadə üçün nəzərdə tutulmuşdur, bununla bərabər qeyd olunanlardan əlavə bu növ velosipedlər yolsuzluq şəraitində də sürmək mümkündür.
 


Şəhər velosipedi
Hibrid velosipedlərinin daha yavaş və az sürətli yürüşlər üçün nəzərdə tutulub. Bu növ velosipedlərin raması daha böyükdür və təbii ki ağırdır. Səbəbi odur ki, bəzi hallarda bu velosipedlərdə yükün daşınması üçün də istifadə olunur. Adətən ön və arxa qanadlarla (çoxlarında komplektə daxil deyil), arxa baqaj ilə, elektroavadanlıqlarla, sepi qorumaq üçün əlavə vasitələrlə təchiz olunur. Digər velosiped növlərindən fərqli olaraq, daha geniş və rahat oturacaq ilə quraşdırılır. Aşağı sürətdə istifadə olunduğu üçün sükanda “buynuzlar” qoyulmur.
 


Yol velosipedi
Bu növ velosipedlərin sərfəli cəhəti odur ki, təmiri sadədir, az sayda əlavə avadanlıq quraşdırılıb və bu da qiymətinə görə digərlərindən ucuz edir. Yol velosipedlərinin iki növü vardır: 26 və 28 dyumluq. Sürətlərin sayı çox deyil, 1-7 arası dəyişir. Raması və ön vilkası poladdan istehsal olunur. Velosipedin komplektinə qanadlar, baqaj və geniş bəzən də purjinli oturacaq daxildir. Sepi əlavə vasitə ilə qorunur. Bəzən yol velosipedin ön vilkasında səbət də quraşdırılır. Bu növ velosipedlərin amortizatorları olmur, ən çox bağ evlərində, kəndlərdə çox istifadə olunur və bəzən mağazaya getmək və ya göbələk yığmaq üçün daha uyğundur.
 


Trial velosipedi
Bu növ velosipedlər tullanmaqla daha sərt yürüşlərdə istifadə olunur. Bu velosipedlərin raması aşağı qeometriya ilə olur. Onlar möhkəm və yüngüldürlər. Trial velosipedlərinin təkərləri 26” dyum olur və geniş şinlərlə təchiz olunub, sürətlərin sayı çox deyil, hətta bəzən bir sürət ilə kifayətlənir. Trial velosipedlərində geniş sükan quraşdırılır və ön amortizasiya vilkaları hündür olur.
 

"/


BMX
Ən çətin nömrələr göstərmək üçün, süni maneələrdən tullanmaq üçün xüsusi velosiped növüdür. Velosipedin raması poladdan hazırlanır və ya xromomolibden poladından hazırlanır. Sürət sayı ikidən çox olmur. BMX velosipedlərinin təkərləri ölçüsü 20” dyum olur, diskləri isə 48 iynə ilə təchiz olunur. Velosiped təkər oxunda bəzən xüsusi girişlər olur, velosipedin sükanı isə tormoz naqillərinə xələl yetirmədən 360 dərəcə fırlanma imkanına malikdir.


Şosse velosipedi
Bu növ velosipedlər yaxşı asfaltlı yollarda sürətli yürüşlər üçün nəzərdə tutulmuşdur. Raması yüngül ərinti metallar istifadə olunmaqla nazik, aerodinamik olur, bəzən isə karbondan istifadə olunur ki, bu da daha böyük sürət yığmağa imkan yaradır. Bundan başqa, bu növ velosipedlər 28” dyumluq nazik şinlərlə (boru), nazik idman oturacaqlarla və kontakt (xüsusi ayaqqabıları bitişdirmək üçün) pedallarla təchiz olunur. Həmçinin şosse velosipedlərində xüsusi avadanlıqlardan (bura ancaq sürət keçiriciləri, tormoz, təkərlər aid deyil) istifadə olunur ki, bu da ancaq bu növ velosipedlərdə quraşdırmaq mümkündür.

"/


Trek velosipedi
Təkərin diametri 27-28 düym təşkil edir. Amortizatorlar, ötürmələr və əyləc sistemləri quraşdırılmayan bu şosse velosiped növü trek yarışları üçün nəzərdə tutulub. Təkər pedallar ilə velosiped sepi vasitəsi ilə bərk bağlantı yaratdığına görə neytral hərəkət yoxdur. Normada təkərlərin diametri 27 düym təşkil edir, lakin çox vaxt ön və arxa təkərlərin diametri fərqlənir. İxtisaslaşdırılmış idman velosipedi olaraq trek xaricində istifadəsi nəzərdə tutulmayıb.

"