Uşaqlıq illərində 3 təkərli velosipedim olub deyilənə görə amma xatırlamıram. :) Məktəb illərində nəqədər istəsəmdə valideynlərim mənə velosiped almağa icazə vermirdi səbəb isə təbiiki dərs oxumaq idi. 11 il məktəb, 4 il universitet, hərbi xidmət sonra isə karyera qurmaq və digər sosial məsələləri çözə çözə çatdim 30 yaşa :) amma velosiped arzusu həmişə urəyimdə idi. Bu il avropa oyunlarınin bəzi velosiped yarışları bizim kəndimizdə yəni Bilgəh qəsəbəsində keçirildi. yarışa hazırlıqlar və məşqləri izləyirdim, işə gedib gələrkən yolda hərgün velosipedçilərə rast gəlirdim dahada həvəslənirdim :) Nəhayət qərara gəldimki velosiped alım. Təbiiki bu dəfədə valideynlərimin etirazı ilə qarşılaşdım səbəb isə 30 yaşımın olması, evlənmək vaxtıdır, sənin yaşıdlərın öz uşaqlarını məktəbə aparır, kənd yeridi ayıbdı və s. Amma həvəsdən düşmədim araşdırmalara başladım qısa zaman ərzində qərara gəldimki HardTail alım)) 16.06.2015 tarixində 2Təkər mağazasına gəldim, mağazada keçirdiyim hissləri izaha edə bilmərəm bircə onu deyə bilərəmki istərdim orada olan bütün velosipedləri alım. Nəhayət ki Cube AIM DISC SL 29 modelini aldım. Artıq avqust ayıdır gün ərzində rahat 30 35 km sürürəm. Ən əsası passiv, hərəkətsiz iş rejimindən sonra velosiped sürmək çox faydalıdır mən bunu hiss etdim bütün psixoloji gərginliklərdən azad edir. Bu məqaləni olabilərki hərkəs oxumayacaq amma hərkəsə bir arzum varki heçbir arzunuzu ürəyinizdə qoymayın. Sonda velosiped idarə edən hərkəsə sağlam həyat tərzi və təhlükəsiz yürüş arzu edirəm.